Koreyanın məşhur “İdeal ailə” serialının bir epizodunda tamaşaçılar gözlənilməz sürprizlə üzləşiblər - personajlardan biri Bakıya səfərini öz arzuları sırasında qeyd edib.
Diaspora.TV xəbər verir ki, personaj həyatında ziyarət etmək arzusunda olduğu yerləri sadalayır, Azərbaycan paytaxtının simvolik memarlıq abidəsi olan və hər il dünyanın müxtəlif yerlərindən daha çox turist cəlb edən Heydər Əliyev Mərkəzinə xüsusi diqqət yetirir.
Koreya serialında qeyd olunması Bakının beynəlxalq arenada artan nüfuzunu bir daha vurğulayır./1news