Rusiyanın məşhur aktrisası, “Briqada”, “Efrosine”, “Petrovka, 38. Petrovskinin komandası” və s. kimi filmlərdəki rolları ilə tanınan Daria Poverennova Bakıdan zəngin və xoş təssüratlarla ayrılıb.
Diaspora.TV Moskva-Baku saytına istinadən xəbər verir ki, Bakıya heyran olduğunu söyləyən aktrisa Cənubi Qafqaz mirvarisi ilə bağlı planlar qurduğunu da bildirib:
“...Mən artıq özüm üçün planlar qurmuşam. Bakıda mədəniyyət klubunda çalışan çox maraqlı bir qızla tanış olmuşam. Hələlik heç bir təfərrüat açıqlamayım, bircə onu deyə bilərəm ki, ola bilsin ki, yerli azərbaycanlı musiqiçi ilə əməkdaşlıq olsun. Maraqlı birgə layihə planlaşdırırıq. İndi bunu necə həyata keçirəcəyimizi düşünürük”.
Diaspora.TV