Məşhur "The Economist" qəzeti azərbaycanl futbol menecerinin "uğurları"ndan yazıb.
Diaspora.TV Avropa Azərbaycanlılarının sosial media platformasına istinadən xəbər verir ki, dünyanın ən məşhur iqtisadi jurnallardan hesab olunan "The Economist" azərbaycanlı "futbol meneceri" Nail Zeynalov haqda məqalə dərc edib.
Məqalədə qeyd olunub ki, Nail Zeynalov Fil Dişi Sahili və Afrikanın digər ölkələrindən olan cavan oyunçuları Polşa, Moldova və digər ölkələrin çempionatlarına aparmaq adı ilə onların valideynlərindən pul alıb, onları Avropaya aparıb və "baxışdan keçmədi" - adı altında aldadıb.
Məqalədə əsas 9 afrikalıdan söhbət gedir. Məqalədə qeyd olunub ki, hətta onlardan bir nəfəri ölüb.
Qeyd edək ki, Nail Zeynalov daha əvvəl Turan Tovuz klubunda çalışıb.