Müğənni Alsu ilk dəfə əslən bakılı olan iş adamı Yan Abramovdan boşanmasına münasibət bildirib.
Diaspora.TV xəbər verir ki, Rusiya Media Qrupunun təşkil etdiyi "Best Music Fest" musiqi festivalının ön gecəsində Alsu reper Natanla birlikdə çıxış edib.
Müğənni jurnalistlərlə söhbətində ilk dəfə boşanmasından da danışıb.
"Hər şey yaxşıdır, şərh vermirəm, amma hər şey yaxşıdır".
Qeyd edək ki, Müğənni Alsu və iş adamı Yan Abramov 2006-cı ildə ailə qurublar. Evliliklərindən onların iki qızı Safina, Mikella və Rafael adlı bir oğlu var.