Tarix: 13.11.2024 / 17:01
Məşhur italyan aşpaz    Azərbaycan dilini öyrənir

Məşhur italyan aşpaz Azərbaycan dilini öyrənir

Məşhur italyan aşpaz, “Gedək, yeyək!” səyahət proqramının aparıcısı Federiko Arnaldi yenidən Azərbaycana səfər edib. O, Azərbaycanda həm verilişinin yeni bölümünü çəkib, həm də bir neçə Azərbaycan yeməyinin bişirilmə qaydasını öyrənib.

Diaspora.TV xəbər verir ki, aşpaz bu barədə “Moskva-Bakı”ya müsahibəsində danışıb:

- Federiko, siz yenidən Azərbaycanda oldunuz! Bu dəfə diqqətinizi nə çəkdi?

- Bəli, mən yenə də Azərbaycandayam! Bakının inkişafını davam etdirdiyini, daha rəngarəng, müasir və maraqlı olduğunu gördüm. Bu, məni çox sevindirdi.

- “Gedək, yeyək!” proqramı çərçivəsində azərbaycana məxsus iki xörək bişirmisiniz. Çətinlik çəkmədiniz ki?

- Çox çətin idi. Amma düşünürəm ki, Azərbaycan mətbəxi bəzi cəhətdən italyan mətbəxinə bənzəyir.

- Verilişdə Azərbaycan dilində bir neçə kəlmə danışmısınız. Azərbaycan dilini öyrənməyə davam edəcəksiniz?

- Mən poliqlotam, altı dildə danışıram. Azərbaycan dili mənə kifayət qədər maraqlı gəldi. Səyahətlərim zamanı yeni dil öyrənməyi sevirəm. Mənə elə gəlir ki, bu, birincisi, getdiyim ölkəyə verilən qiymətdir. İkincisi, həmin ölkənin xalqına, mədəniyyətinə yaxınlaşmaq üçün ən gözəl vasitədir.



Şərhlər

Yaz...