Tarix: 23.10.2024 / 19:18
Məşhur döyüşçü Azərbaycanda   ustad dərsləri keçmək istəyir

Məşhur döyüşçü Azərbaycanda ustad dərsləri keçmək istəyir

Qarışıq döyüş növləri üzrə döyüşçü və keçmiş UFC çempionu Ceff Monson bu yaxınlarda xiristian bir qadınla müsəlman nikahına girib.

Diaspora.TV xəbər verir ki, keçmiş çempion Moskva-Bakı portalına müsahibəsində İslamı qəbul etdikdən sonra həyatının necə dəyişdiyindən danışıb. O, həm də İslamın milli adət-ənənələrinə uyğun şəkildə toy edəcəyini deyib. Bundan başqa, Monson 8 il əvvəl Bakıya niyə gəldiyini və Azərbaycana yenidən səfər etmək niyyətində olduğunu açıqlayıb.

“Təxminən 8 il əvvəl Azərbaycanda olmuşam. Döyüş sənəti tədbirlərində iştirak etdim və ustad dərsi keçdim. İnsanlar çox mehriban və səxavətli idilər. Orada keçirdiyim zamandan zövq aldım. Azərbaycanda Tofiq Musayev, Nazim Sadıxov kimi qarışıq döyüş növləri üzrə yaxşı döyüşçülər var. Mən yenə Azərbaycana getmək, orada ustad dərsləri keçmək, döyüşçülər yetişdirmək istərdim", - deyə Monson bildirib.

Şərhlər

Yaz...