Tarix: 12.07.2024 / 15:22
Məşhur dj-in Bakı konsertində   saxtakarlıq

Məşhur dj-in Bakı konsertində saxtakarlıq

Məşhur türk dj Mahmut Orhanın Bakı konserti ilə bağlı dələduzluq edilib.

Diaspora.TV xəbər verir ki, naməlum şəxslər tərəfindən dinləyicilərə saxta konsert qolbaqları satıblar.

Bununla bağlı tədbirin təşkilatçıları sosial şəbəkə hesablarında məlumat yayıblar.

“Bilet əldə etmək üçün yeganə sayt “İticket.az”dır, digər şəxslər tərəfindən satılan qolbaqları saxtadır”,-deyə paylaşımda bildirilib.

Qeyd edək ki, saxta qolbnaqlar alan şəxslər konsertə buraxılmayacaqlar.

Diaspora.TV


Şərhlər

Yaz...