Tarix: 16 Sentyabr 2024 14:00 | Baxış sayı: 166
Məşhur basketbol ulduzu Bakı qran-prisi barədə    nə yazdı?

Məşhur basketbol ulduzu Bakı qran-prisi barədə nə yazdı?

“Philadelphia siksers” basketbol klubunun və ABŞ millisinin mərkəz oyunçusu, dünyaca məşhur basketbolçu Coel Embiid ötən həftəsonu Bakı şəhər trekində baş tutan Azərbaycan Qran Prisində avstraliyalı Oskar Piastrinin qələbəsinə münasibət bildirib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, Embiid “X “(keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb:

"Oskar Piastri gələcək Formula 1 çempionudur".

Piastri üçün bu, Formula 1 Qran Prisində ikinci qələbədir. O, ilk qələbəsini bu il Macarıstan Qran Prisində qazanıb.

Qeyd edək ki, Formula 1 üzrə Bakı qran-prisi bir çox məşhurların diqqət mərkəzindədir. Hətta onların bəziləri bu elit və nüfuzlu yarışı izləmək üçün Bakıya gəliblər.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır