Məşhur rusiyalı teatr və kino aktyoru Aleksandr Yatsko “Moskva-Bakı” portalının suallarını cavablandırıb.
Diaspora.TV həmin müsahibəni təqdim edir.
- Azərbaycan yazıçısı Çingiz Abdullayevin ssenarisi ilə çəkilmiş “Dronqo” serialında rol almısınız.
- Bəli, biz 20 il əvvəl Bakıda çəkiliş apardıq. Azərbaycan çox qonaqpərvər ölkədir. Bakı təkcə Azərbaycanda deyil, MDB ölkələrində də ən çox rusdilli şəhərlərdən biridir. Bütün bakılılar rus dilində çox gözəl danışırlar.
- O vaxtdan Bakıya getməmisiniz?
Bu ay Azərbaycana səfərə gedəcəm. Kimsə mədəniyyət sahəsində əməkdaşlıq mövzusunu inkişaf etdirmək istəyirsə, mən istənilənmövzuya açığam. Bakı ictimaiyyəti üçün nəsə ifa etməkdən məmnun olaram. Aktyor kimi “Söz, Söz və Musiqi” adlı solo proqramla gələ bilərəm. Bu köhnə məktəb janrıdır.
- Ümid edirəm ki, yaxın gələcəkdə yeni layihələrinizlə tamaşaçıları sevindirəcəksiniz. Yeni ildə Azərbaycana nə arzu edərdiniz?
- Mən bütün bakılıları və azərbaycanlıları qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edirəm.