Tarix: 28.10.2024 / 20:12
Məşhur aktrisa Azərbaycanda toya    getməyindən danışdı

Məşhur aktrisa Azərbaycanda toya getməyindən danışdı

Mahnılar, rəqslər, zarafatlar, təbəssümlər, kişilərin heyranedici baxışları...
Baş rolu oynadığı "Marqoşa" serialı sayəsində çoxlarının sevimli aktrisasına çevrilən Maria Berseneva Bakıya səfərini belə təsvir edib.

Diaspora.TV xəbər verir ki, aktrisa "Moskva-Bakı" müxbirinə Azərbaycan toyuna necə getdiyindən danışıb.

- Heç Bakıda olmusunuz?

- Bəli! 2013-cü ildə Heydər Əliyev Mərkəzində keçirilən “Bakıya uçuş” müasir incəsənət sərgisində iştirak etmək üçün Bakıya getdim. Bu, tamamilə heyrətamiz idi! İçərişəhər, Bakı bulvarının, Molokan bağının, qədim tarixini qoruyub saxlayan Karvansarayın, kədərli əfsanəyə malik Qız Qalasının inanılmaz gözəllikləri, qonaqpərvər Azərbaycan xalqı indi də yadımdadır. Mahnılar, rəqslər, zarafatlar, təbəssümlər, kişilərin heyran baxışları (məncə buradakı istənilən qadın özünü kraliça kimi hiss edəcək!)... Mən ora pilotun kabinəsində uçmuşam və həyatımda ilk dəfə təyyarə enişini görmüşəm. Hətta kiminsə toyuna getmişdik, düzünü desəm, bunun necə mümkün olduğunu xatırlamıram. Amma bu, çox əyləncəli idi. O, rəngi, gözəlliyi və əzəməti indi də xatırlayıram.




Şərhlər

Yaz...