İştirak etdiyi layihələrlə bütün dünyada pərəstişkarları olan türk aktrisa Özge Gürel Bakı Media Mərkəzinin istehsalı olan "44" filmində baş rolu canlandıracaq.
Diaspora.TV birsenaltuntas.com-a istinadən xəbər verir ki, aktrisa 44 gün davam edən 2-ci Qarabağ müharibəsinə aid “44” filmində rol alacaq.
Yaxın günlərdə çəkilişlər üçün Azərbaycana gələcək Özge Gürel "44" filmində "Doktor Zeynep" obrazını canlandıracaq.
Qeyd edək ki, filmin rejissoru İsmayıl Səfərəlidir.