Tarix: 08.09.2024 / 13:20
 Mərkəzi Asiya diasporu dövlət yox, şəriət qanunları    ilə yaşayır

Mərkəzi Asiya diasporu dövlət yox, şəriət qanunları ilə yaşayır

Əsasən Mərkəzi Asiyadan olan miqrantların üçdə birindən çoxu (35%) Rusiya qanunları ilə yaşamaq istəmir və şəriət qanunlarına üstünlük verir.

Diaspora.TV xəbər verir ki, bu fikirlər Rusiya Millətlər Məsələləri üzrə Federal Agentliyin rəhbəri İqor Barinova məxsusdur. Onun sözlərinə görə, bu göstərici tədricən azalır:

"Göstərici bir qədər azalıb. Amma bir çox problemlər qalmaqdadır. İmmiqrantlar tez-tez cinayət törədir və cinayət işlərinə cəlb olunurlar".

O, əlavə edib ki, Orta Asiya ölkələrinin nümayəndələri ilə tez-tez çətinliklər yaranır. Lakin İndiyə qədər Afrikadan və ya uzaq xaricdən gələn insanlarla heç bir xüsusi problem görmədiklərini deyir.

"Onların gəlişində məqsəd praqmatikdir - işi görmək, pulu vicdanla qazanmaq və evlərinə - ailələrinin yanına getmək. Mənə elə gəlir ki, miqrasiya siyasətinin bu modeli optimaldır. Bundan istifadə edən ölkələrdə xüsusi miqrasiya təzyiqi və ya etno-konfessional relyef dəyişikliyi yoxdur. Bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Cənubi Koreyadır”, - deyə, agentlik rəhbəri bildirib.

Şərhlər

Yaz...