Tarix: 04.07.2024 / 09:11

Mənə sual verirlər ki, niyə məhz Amerika?

Diaspora.TV-də “Uğurlu soydaş” verilişinin növbəti qonağı NAC Society və NAC Events platformalarının direktoru Nigar Babayeva olub.

N.Babayeva verilişdə təsisçisi olduğu platforma haqqında ətraflı məlumat verib. O, bildirib ki, “NAC” layihəsi Azərbaycanla bağlı Amerikadan dünyaya kreativ mesaj verib:

“Xarıbülbül “Flows & Art” (“Çiçəklər və incəsənət”) beynəlxalq yaz layihəsinin simvoluna çevrilib. Çiçəklər çox insanda maraq oyadan bir vasitədir. Düşünürəm ki, çiçəklər və incəsənət arasında böyük bir qanunauyğunluq var. Azərbaycanın endemik bitkiləri ilə bağlı mənə sual verdilər. Mən də fikirləşdim ki, yaz sessiyasında Xarıbülbül vasitəsilə Şərqdən Qərbə çox yaxşı mesaj ötürmək olar. Jurnalın bir səhifəsində Xarıbülbül haqqında məlumat da işıq üzü görəcək”.

Müsahibin sözlərinə görə, aprelin 19-da yaz sessiyasının təqdimatı üçün tədbir də keçirilib:

“İnsanları bir araya toplayanda şahidi oldum ki, danışdıqca, məqsədimiz barədə məlumat verdikcə, onlarda maraq oyada, incəsənət adamlarının diqqətini çəkə bilirik. Mən özüm də bu işin içindəyəm. Ara-sıra poeziya ilə məşğul oluram, bu səbəbdən də sənət adamları ilə əlaqələrim var. Onların necə həssas olduqlarını bilirəm. Fikrimcə, onlara diqqət və qayğı lazımdır. Müxtəlif layihələrdə onları bir araya toplasaq, nəticə etibarı ilə yaxşı işlər ərsəyə gətirmiş olarıq”.

Şərhlər

Yaz...