Tarix: 28.10.2024 / 15:30
Mən özümü bakılı hesab edirəm -    Qalina Mayarovskaya

Mən özümü bakılı hesab edirəm - Qalina Mayarovskaya

Bakıda Qnessinlər adına Rusiya Musiqi Akademiyasının Yaradıcılıq Məktəbi açılıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında isə “Qnessin” professorlarının ustad dərsləri və konsertləri keçirilib.

Diaspora.TV xəbər verir ki, bu barədə "Moskva-Bakı"ya müsahibəsində Qnessin adına Rusiya Musiqi Akademiyasının prezidenti Qalina Mayarovskaya deyib.

“Sonuncu dəfə Bakıya 6 il əvvəl Beynəlxalq Təhsil və Mədəniyyət Konqresində iştirak edəndə gəlmişdim. Bakı məni heyrətləndirdi! Şəhər inanılmaz dərəcədə dəyişib və daha da gözəlləşib. Bu şəhərin mənim üçün xüsusi yeri var. Ən gözəl gənclik illərim burada keçib. Həyat yoldaşımla da burada tanış olmuşam. Bakının dənizkənarı bulvarını çox sevirəm. Dəniz sahilində gəzə, dalğaların səsinə, qağayıların fəryadına qulaq asa bilərsiniz. Mən özümü həmişə bakılı hesab etmişəm. Biz Moskvada Polad Bülbüloğlu ilə görüşəndə o, məni “bizim bakılı Qalinamız", - deyə çağırırdı. İndi də bayramlarda ailəm üçün Azərbaycanın şah plovunu və dolmasını bişirirəm. Azərbaycan musiqisini eşidəndə ruhumun dərinliklərində gəncliyimin parlaq xatirələri canlanır. Bakıda hələ də ünsiyyətdə olduğum dostlarım var. Bu günlərdə Bakıdakı evimizdə qonşum olan Gülzar Xızıbəyova ilə görüşəcəm. Bu illər ərzində bir-birimizə isti münasibətimiz olub, Gülzar Moskvaya gələndə həmişə “qonşuluq” məclisləri təşkil edirik”, – deyə Qalina Mayarovskaya bildirib.


Şərhlər

Yaz...