Tarix: 20.07.2024 / 16:32
Mən bakılıyam və bunu fəxrlə deyirəm   - Aleksandr Aqranovski

Mən bakılıyam və bunu fəxrlə deyirəm - Aleksandr Aqranovski

“Mən bakılıyam və bunu həmişə fəxrlə deyirəm. Bakıda məktəbi və Neft Kimya İnstitutunu bitirmişəm. “Nefteximpribor” SKB-də və Azon SKB zavodunda işləmişəm, laboratoriya müdiri olmuşam. 2013-cü ildə İsrail-Azərbaycan “Azİs” Beynəlxalq Assosiasiyasının o vaxtkı baş direktoru Lev Spivakın təşəbbüsü ilə təşkilatımızın İsrailin paytaxtı Qüdsdəki filialına rəhbərlik etmişəm”.

Bu sözləri Diaspora.TV-yə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Yerusəlim bölməsinin rəhbəri Aleksandr Aqranovski deyib.

Onun sözlərinə görə, “Azİs-in Yerusəlim bölməsinin məqsədi Assosiasiyanın özünün məqsədi ilə eynidir - İsrail xalqını Azərbaycanla tanış etmək, bununla da ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına kömək etməkdir:

“44-günlük ikinci Qarabağ savaşı zamanı Azərbaycana qarşı aparılan informasiya müharibəsində soydaşlarımız həqiqətləri dünyaya çatdıranlar sırasında olub. İndi isə Qəzza zolağından olan terrorçularla xarici düşmənlərlə müharibəmiz haqqında həqiqətləri soydaşlarımıza deyirik”.

A.Aqranovski qeyd edib ki, “Azİs” Assosiasiyasının Yerusəlim bölməsi mütəmadi olaraq Azərbaycana və onun sakinlərinə həsr olunmuş görüşlər keçirir:

“Bunlar əsasən Yerusəlim Rusiya Şəhər Kitabxanasında və İcma Evində “Görkəmli bakılıların həyatı” silsiləsindən görüşlərdir. Qonaqlarımız arasında Çingiz Hüseynov, Vaqif Səmədoğlu, Dina Tumarkina, Eduard Topol, İrene Qolda, Mixail Parxomovski, Pavel Amnuel, Aleks Veksler, Leyla Abdullayeva, Reyxan Əliyeva, Alona Brenner, Viktoriya Dolinskaya, Mark Qorin, David Kon, Aleksandr Qriç, Petr Lyukimson, Emil Şlimoviç, Sofa Varzager, Liya Mikdaşieva, Yelena Makarova, Freddi Zorin, Genya Şçirin, Mixail Teplitski, Yevgeniya Şarova və başqaları var. 2020-ci ilin fevral ayında müəlliflər Günel Anarqızı və Çexiyada yaşayan şairə Leyla Begimin iştirakı ilə “Fəryad” toplusunu təqdim etdik. Kitabda Günelin “Qarabağ hekayələri” və Leylanın “Qarabağ üçün ağı” sonetlərindən ibarət əklil yer alıb. Bu toplunu göz yaşları olmadan oxumaq mümkün deyil. 2023-cü ilin yanvarında jurnalist Vadim Korşun “Qarabağ tələsi” adlı xatirələrini - Ermənistan-Azərbaycan münaqişəsinin başlanmasının şahidinin qeydlərini, “Azərinform” və TASS-ın sertifikatları ilə 1988-ci ildə Qarabağın yandırılması ilə nəticələnən qeydlərini təqdim etdik. Bu kitabı Qarabağ münaqişəsinin tarixini bilmək istəyən hər kəs oxumalıdır. 2023-cü ilin martında Leonid Liflyanın Azərbaycan çayına həsr olunmuş “Çay yarpaqlarına qənaət etmə!” kitabının təqdimatı keçirilib”.

A.Aqranovski qeyd edib ki, Yerusəlim merinin müşaviri Yelena Jarovskaya Moşe Aslan bizə həmişə böyük dəstək verir:

“O, gənclik illərini Qafqazda keçirib, “Azİz”-in təşkil etdiyi Azərbaycana səfərindən sonra “Vışka” qəzetində özünü bakılı hiss etdiyini yazıb”.

A.Aqranovski sonda qeyd edib ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, dağ yəhudilərinin sinaqoqları və muzeyi var:

“Mən çox istərdim ki, R.Behbudov adına Mahnı Teatrının binasında xatirə lövhəsi vurulsun. Həmçinin ümid edirik ki, tezliklə Azərbaycan Milli Aviasiya Akademiyasının ərazisində TRIZ-in yaradıcısı - ixtiraçılıq məsələlərinin həlli nəzəriyyəsi, Bakı sakini Genrix Sauloviç Altşullerin muzeyi açılacaq”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...