Rusiyanın Sverdlovsk vilayətinin Volçansk şəhərində 12 yaşlı məktəblini döyməkdə şübhəli bilinən 17 yaşlı azərbaycanlıya cinayət işi açılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Hadisə Volçansk şəhərindəki orta məktəblərin birində baş verib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Faktla bağlı 17 yaşlı azərbaycanlıya Rusiya Federasiyası Cinayət Məcəlləsinin döyülmə maddəsi ilə cinayət işi başlanıb.