Tarix: 06.06.2024 / 21:03
Məhşur italyan aşbaz   Azərbaycan plovunun fanatı imiş

Məhşur italyan aşbaz Azərbaycan plovunun fanatı imiş

Məşhur italiyalı şef aşbaz Mirko Dzaqo Azərbaycan xörəklərinin azarkeşi imiş.

Diaspora.TV xəbər verir ki, dünya şöhrətli aşbaz “Moskva-Baku” nəşrinə verdiyi müsahibədə Azərbaycan plovunun fanatı olduğunu, ilk dəfə Soçidə kişmiş, qaysı, zəfəran və ətdən ibarət aş-qarasının dadına baxdığını və həddən artıq bəyəndiyini bildirib.

Şef-aşbaz hazırda Moskvada işlədiyi restoran üçün Azərbaycandan gətirilmiş meyvə-tərəvəz aldıını vurğulayıb:

“Moskvada xüsusi olaraq Azərbaycandan gətirilən və mənim aldığım çoxlu məhsullar var. Elə bazarlar var ki, bütün il boyu Azərbaycan, Özbəkistan və Tacikistandan bu məhsulları alırıq. Amma təəssüf ki, mən hələ Azərbaycanda olmamışam ki, orada milli xörəkləri dadım”.

Tanınmış qurman Bakıda olmaq arzusunu dilə gətirib:

“Mən hələ Bakıda olmamışam, ona görə də ora gəlmək istərdim. Azərbaycandan dostlarım var, məni ziyarətə dəvət edirlər, amma hələ gələ bilməmişəm”.

Diaspora.TV

Şərhlər

Yaz...