Tarix: 25.12.2024 / 12:18
Mehriban Əliyeva təyyarə qəzası ilə bağlı    başsağlığı verdi

Mehriban Əliyeva təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Birinci vitse-prezident Mehriban Əliyeva Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım edib.

Diaspora.TV-nin məlumatına görə, paylaşımda deyilir:

“Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm.

Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”


Şərhlər

Yaz...