Pıt-Yax şəhər prokurorluğu rus qadın ilə azərbaycanlının nikahını pozub. Təhlükəsizlik qüvvələri miqrasiya qaydalarına əməl olunması ilə bağlı yoxlamalar zamanı nikahın saxta olduğunu aşkarlayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.
Məlumata görə, 2023-cü ilin oktyabr ayında Pıt-Yax şəhər administrasiyasının Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi Rusiya Federasiyası vətəndaşı ilə Azərbaycan Respublikası vətəndaşı arasında nikah qeydə alıb.
Lakin bundan sonra ər-arvad birgə yaşamayıb, birgə mülkiyyətə malik olmayıblar. Həmin şəxslərin, əslində, ailə qurmaq niyyəti olmadan nikaha daxil olduqları, Azərbaycan vətəndaşının Rusiyada müvəqqəti yaşamaq üçün bu nikaha girdiyi müəyyən edilib. Prokurorluq nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb.
Məhkəmə prokurorluğun tələblərini təmin edib. Nikah aktının qeydiyyatı ləğv edilib.