Tarix: 12.10.2024 / 11:40
Məhkəmə azərbaycanlının rus qadınla nikahını    pozub

Məhkəmə azərbaycanlının rus qadınla nikahını pozub

Rusiya vətəndaşı ilə Azərbaycan Respublikası vətəndaşı arasında bağlanan nikah uydurma kimi tanınıb.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, prokuror təqsirləndirilən şəxslərə qarşı nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb.

Qeyd olunub ki, bu ilin mart ayında 46 yaşlı qadınla 44 yaşlı azərbaycanlı kişi arasında nikah bağlanıb. Lakin onlar bunu ailə qurmaq niyyəti olmadan ediblər, yəni kvota nəzərə alınmadan əcnəbiyə müvəqqəti yaşamaq icazəsi almaq, habelə Rusiya vətəndaşlığını almaq məqsədi ilə qondarma nikah bağlayıblar.

Volqoqrad vilayəti məhkəmələrinin birgə mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında nikahın qondarma olması sübutlarla, habelə cavabdehlərin öz yazılı izahatları ilə müəyyən edildiyindən nikah etibarsız sayılaraq vətəndaşlıq qeydiyyatı ləğv edilib.

Məhkəmə qərarı qanuni qüvvəyə minməyib və ondan şikayət verilə bilər.


Şərhlər

Yaz...