Tarix: 05 Sentyabr 2024 17:33 | Baxış sayı: 266
Məhkəmə  azərbaycanlı blogerə qarşı iddiası üzrə icraata    xitam verib

Məhkəmə azərbaycanlı blogerə qarşı iddiası üzrə icraata xitam verib

Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin (FTS) azərbaycanlı bloger Hüseyn Həsənova qarşı iddiası üzrə icraata xitam verib.

Diaspora.TV xəbər verir ki, bu barədə Life SHOT məlumat yayıb.

Avqustun 16-da bloger Federal Vergi Xidmətinə 145 milyon rubl məbləğində bütün borclarını ödəyib. Bundan əvvəl vergi orqanları blogerin dörd bankdakı hesablarını bloklayıb, həmçinin məhkəmə yolu ilə Moskva şəhərinin hündürmərtəbəli binalarından birində, dəyəri 150 milyon rubl olan Neva Towersdəki mənzillərini əlindən almağa çalışıb.

Federal Vergi Xidməti həmçinin Həsənovdan iki avtomobili - 2020-ci il istehsalı olan Rolls-Royce Cullinan və 2022-ci il istehsalı olan Chevrolet Tahoe avtomobillərini götürmək niyyətində idi.

Telegram kanalı vurğulayıb ki, bütün borclarını ödəyən Həsənov “evini və lüks avtomobillərini xilas edə bilib”. Borc ödənilən gün onun bank hesabları blokdan çıxarılıb .

Blogerin hazırda xaricdə olduğu bildirilir. Onun vəkili kanala bildirib ki, Həsənov xarici agentləri qarşısında bütün öhdəliklərini yerinə yetirən kimi Moskvaya qayıdacaq.

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs