Tarix: 23.04.2024 / 18:07
Mediatorlar Belarusdakı  Azərbaycan diasporu ilə görüşəcək

Mediatorlar Belarusdakı Azərbaycan diasporu ilə görüşəcək

Azərbaycan Respublikasının Mediasiya Şurasını təmsil edən peşəkar mediatorlardan ibarət nümayəndə heyəti 23-25 aprel tarixində Belarus Respublikasında səfərdə olacaq.

Diaspora.TV komitənin syatına itinadən xəbər verir ki, nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Belarusdakı Azərbaycan diasporunun fəalları ilə görüşlər keçirəcək. Görüşdə soydaşlarımızın hüquqi maarifləndirilməsi ilə bağlı müzakirələr aparılacaq, mümkün köməkliklər göstərilib tövsiyələr veriləcək.

Bundan başqa, Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyi və Belarus Dövlət Universitetinin Hakimlərin, Prokurorluq, Məhkəmə və Ədliyyə Müəssisələri işçilərinin Yenidənhazırlanma və Təkmilləşdirmə İnstitutunun rəhbərliyi ilə, mediator və hüquqşünaslarla görüşlər nəzərdə tutulur.

Səfərdə ölkəmizi Mediasiya Şurası İdarə Heyətinin qərarına əsasən Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhmədin rəhbərliyi ilə mediatorlardan ibarət nümayəndə heyəti təmsil edir.

Şərhlər

Yaz...