“Xaricdə yaşayan soydaşlarımızın incəsənət nümayəndələri ilə əməkdaşlığı da daxil olmaqla hər bir bu kimi münasibətlərin məqsədi olmalıdır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında aktyor, rejissor-ssenarist Rza Rzayev deyib.
R.Rzayevin sözlərinə görə, o bu günə kimi əməkdaşlıq məsələsilə qarşılaşmayıb:
“Bizdə hələ bu sahədə ümumi məqsədlər tam müəyyənləşməyib və incəsənət nümayəndələrinin ümumi məqsədlərin həyata keçirilməsində rolu da müəyyən deyil”.
Aktyor qeyd edib ki, xaricdə Azərbaycan mədəniyyəti, filmləri demək olar ki, təbliğ olunmur:
“Mədəniyyət siyasəti geniş anlayışdır, bildiyim də odur ki, bu sahədə köklü işlər görülmür. Xaricdə mədəniyyət siyasəti adına ancaq konsertlər təşkil edilir, bir neçə müğənni dəvət olunur, toy mahnılarına canlı qulaq asıb, dağılışırlar”
Xəyalə Zöhrab
Diaspora.TV