Marneulidə yaşayan azərbaycanlıların problemləri niyə həll olunmur? - VİDEO
Marneuli şəhərinin Tsereteli küçəsinin sakinləri təbii qazın normadan çox aşağı səviyyədə verilməsindən şikayətlənirlər.
Diaspora.TV xəbər verir ki, şikayətlərini 24News.ge xəbər portalına bildirən sakinlər qeyd ediblər ki, bir aydan artıqdır evdə qazla işləyən istər qızdırıcı, istərsə də qaz peçindən istifadə etmək mümkünsüz vəziyyətə düşüb.
Onların sözlərinə görə, yaranmış vəziyyətlə bağlı "SOCAR GAZ" şirkətinin Marneuli nümayəndəliyinə müraciət etsələr də, heç bir nəticə yoxdur.