Tarix: 30.10.2024 / 09:00
İş adamları diaspora ilə birgə fəaliyyət göstərməlidirlər   - Siyasi şərhçi

İş adamları diaspora ilə birgə fəaliyyət göstərməlidirlər - Siyasi şərhçi

“Dünyanın hər yerində məhsul alarkən ilk növbədə onun hansı ölkədə istehsal olunduğuna baxılır. Bu həm də həmin ölkənin reklamıdır”.

Bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Real Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan bazarında bir çox ölkələrin brendlərinə rast gəlinsə də, “Made in Azerbaijan” yazılan hər hansı bir məhsula dünya bazarında az rast gəlinir:

“Halbuki Azərbaycanı dünya bazarında təmsil edə biləcək çoxlu sayda məhsullar var. Bu işdə diasporanın rolu çox önəmlidir. Milli brendin əsas məqsədi ölkənin beynəlxalq aləmdə imicini artırmaq və onun haqqında xoş təəssuratlar yaratmaqdır. Bu isə diasporanın məqsədləri ilə üst-üstə düşür. Milli brend sahibi olmaq üçün iş adamları diaspora ilə birgə fəaliyyət göstərməlidirlər".

Real Cəfərli hesab edir ki, eyni zamanda, xaricdə yaşayan azərbaycanlı soydaşlarımız da təşəbbüslə çıxış edib sistemli iş aparmalıdırlar.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...