Mayın 25-də Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən Lviv şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Diaspora.TV Ukraynadakı səfirliyimizin rəsmi saytına istinadən xəbər verir ki, konsulluq xidmətindən Ukraynanın Lviv və digər ətraf vilayətlərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları istifadə edə bilər.
Ünvan: Львів. Вул. Олександра Фредра, 5, Львів, Львівская область. Готел Нобіліс Львів. Qəbul vaxtı: 10:00-dan 13:00-dək. Əlaqə telefonu: +380 73 505 00 00
Qeyd: Lviv vilayətində təhlükəsizlik şəraiti pisləşdiyi təqdirdə səyyar konsulluq xidməti təxirə salına bilər.