Azərbaycanlı iş qadını Londonda qızına təmtəraqlı toy etdi - VİDEO
Londonda yaşayan azərbaycanlı iş qadını, fəal diaspor üzvü Mehriban Xəlilova Böyük Britaniyada qızına təmtəraqlı toy edib.
Xəbəri Diaspora.TV-yə təsdiqləyən M.Xəlilova bildirib ki, qızı Aytac Xəlilova türk vətəndaşı ilə ailə qurub.
Məclisdə soydaşlarımızın fəallığı, adət-ənənələrə uyğun məclisin keçirilməsi diqqətdən qaçmayıb. Cütlüyün toy görüntüləri maraqla qarşılanıb.
Qeyd edək ki, Mehriban Xəlilova Londonda restoran sahibidir. Ailəsi ilə birgə Azərbaycanın tanıdılmasında yaxından iştirak edən xanım soydaşımız “London-Azərbaycan Qadınlar Klubu” və “British-Azərbaycan Residents” qruplarının fəallarındandır.