Londonda yaşayan soydaşımız, “Guavapay” şirkətinin direktoru və komplayns üzrə baş inzibatçı Elxan Nəsibov Londonda yüksək dərəcəli “Freedom of the City of London” fəxri adına layiq görülüb.
Diaspora.TV xəbər verir ki, Fəxri adın təqdimetmə mərasimində London şəhərinin lord meri Alastair Kinq iştirak edib, mükafatın əhəmiyyətini bir daha vurğulayıb.
"Freedom of the City of London" ən qədim və ən prestijli fəxri adlardan biridir. 1237-ci ildən başlayaraq hər il müxtəlif sahələr üzrə öz fəaliyyətində əhəmiyyətli nailiyyətlər qazanmış insanlara təqdim edilir. Bu fəxri adla təltif olunanlar sırasında II Elizabet, Uinston Çörçill, Nelson Mandela, Tim Berners-Li, Stiven Hokinq kimi tanınmış və nüfuzlu şəxslərin adlarını çəkmək olar.
Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.