“Azərbaycanla bağlı həqiqətləri çatdırmaq üçün cəmiyyət olaraq Böyük Britaniya parlamentinə, dövlət qurumlarına, beynəlxalq qeyri-hökumət təşkilatlarına məktublar yazır, regional bələdiyyə rəhbərliyi və millət vəkilləri ilə məktub vasitəsilə və ya şəxsən görüşlər təşkil edirik”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Hafiz Baxşəliyev deyib.
H.Baxşəliyev bildirib ki, diaspor təşkilatı olaraq, Böyük Britaniyada fərqli tədbirlər həyata keçiririk:
“Milli bayramlar, rəsm sərgisi, idman yarışı və sair təşkil edərək insanlarımızı bir araya toplamağa, bir-birilə sıx münasibətlərinin olmasına çalışırıq. Londonda Azərbaycan Evi açmaq bizim üçün bir hədəfdir. Bu, daha çox toplantılar, tədbirlər, yerli xalq və fərqli ölkələrin nümayəndələri ilə görüşlər təşkil etmək imkanı yaradacaq”.
“Açığı yaşadığımız ölkə mediası ilə əlaqələrimizin ürəkaçan olmasına baxmayaraq, övladlarımızı milli ruhda böyütmək və onları ingilis xalqı ilə daha yaxından tanış etmək üçün çalışırıq. Buna görə də növbəti nəslin mediaya nüfuz etməsinin daha rahat olacağına inanırıq”,- deyə diaspor rəhbəri qeyd edib.
Xəyalə Zöhrab
Diaspora.TV
Jeyhun Agayev
He is a very troustworty person
18.05.2024 / 22:33