Tarix: 05.07.2024 / 08:34
Lobbi fəaliyyəti ilə məşğul olan diaspor nümayəndəsi   necə seçilməlidir?

Lobbi fəaliyyəti ilə məşğul olan diaspor nümayəndəsi necə seçilməlidir?

“Azərbaycanın diaspor təşkilatları ciddi şəkildə təşkilatlanmalıdır və fəaliyyət göstərməlidir. Bu fəaliyyət Azərbaycan dövlətinin rəsmi siyasətinə uyğunlaşdırılmalıdır”.

Bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Oqtay Qasımov lobbi fəaliyyəti ilə məşğul olan diaspor nümayəndələrinin necə seçilməsi yollarından danışarkən deyib.

Siyasi şərhçi dünyada Azərbaycana qarşı kampaniya aparan ermənilərə dəstək verən lobbi qruplarının olduğunu vurğulayıb:

“Bu baxımdan diaspor təşkilatları iki istiqamətdə fəaliyyət göstərməlidirlər. Onlar yaşadıqları ölkədə Azərbaycanı tanıtmalı və onu ləyaqətlə təmsil etməlidirlər. Yaşadıqları ölkədə təşkilatlaranaq özlərinin hüquqlarının müdafiə olunması üçün həmin cəmiyyətə inteqrasiya olunmalıdırlar. Bu baxımdan hesab edirəm ki, bizim sistemli və düşünülmüş diaspora siyasətimiz, fəaliyyətmiz olmalıdır”.

O.Qasımov xüsusi ilə diqqətə çatdırıb ki, ölkədən kənarda yaşayan diaspor təşkilatları və soydaşlarımızın əsas vəzifəsi Azərbaycan dövləti və onun maraqlarının ölkə xaricində müdafiə etməkdir:

“Bundan əlavə diaspor təşkilatlarının yaşadıqları ölkələrdə soydaşlarımızı bir çətir altında toplaması da mühüm amildir. Əsas odur ki, soydaşlarımız həmin cəmiyyətlərdə layiqli yer tutsunlar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...