Tarix: 16.08.2024 / 12:46
Lobbi fəaliyyəti ilə məşğul olacaq şəxsləri necə seçək?  - Politoloq

Lobbi fəaliyyəti ilə məşğul olacaq şəxsləri necə seçək? - Politoloq

“Lobbiçilik fəaliyyəti çox önəmli məsələlərdəndir. Lobbiçilik bir yerdə həm də xalq diplomatiyasıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Kazım Kazımov deyib. O bildirib ki, Azərbaycanın 30 ildən artıqdır ki, xalq diplomatiyası təcrübəsi var:

“Müstəqilliyin ilk illərindən Azərbaycanda bu ənənə formalaşmağa başlayıb. Diaspora fəaliyyəti ilə məşğul olan şəxslər dövlət, xalq birliyində təmsil olunan gənclərdir. Onlar hər şəkildə Azərbaycanın sevincli və kədərli günlərini xaricə çatdırmaqda məsul şəxslərdir. Belə olduğu üçün də lobbi fəaliyyəti ilə məşğul olacaq şəxsləri ciddi şəkildə seçmək lazımdır”.

Politoloq bildirib ki, ölkəsindən asılı olmayaraq orada ictimai fəaliyyətlə məşğul olan azərbaycanlıların tapılması önəmli məqamdır:

“Bundan sonra həmin şəxslərin ölkədəki fəaliyyəti, cəmiyyətdə necə tanınması, kommersiya fəaliyyəti və s. şəffaf olmalıdır. Cəmiyyətə açıq, şəffaf, maddi maraqlarını heç vaxt Azərbaycan dövlətindən üstün tutmayan şəxslərə üstünlük verilməlidir. Əks təqdirdə öz maraqlarını dövlət maraqlarından üstün tutan şəxslər dövlətçilik maraqlarına zidd addımlar ata bilərlər. Bu isə sonda ciddi fəsadlara gətirib çıxaracaq”.

K.Kazımov hesab edir ki, diaspor olduğu ölkənin ictimai-siyasi sferası ilə yaxın əlaqələri olmalıdır:

“Azərbaycanın haqq səsini, dünənini, bu gününü və gələcəyini xaricdəki vətəndaşlara çatdırmalıdır. Həmin vətəndaş unutmamalıdır ki, diaspora deyil, eyni zamanda Azərbaycan xalqını təmsilçisidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...