"Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var".
Diaspora.TV xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu il avqustun 3-də səyahət xəbərdarlığı verilib.
"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə əlavə edilib.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində onlarla adam ölüb, 4 min nəfər isə yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşıması qadağan edilib.