Tarix: 21.10.2024 / 16:59
Livan xristianları İsrailin “köç”    əmrinə qarşı

Livan xristianları İsrailin “köç” əmrinə qarşı

İsrail ordusu Livanı işğal edərkən xristian kəndlərinin sakinlərinə də ərazinin boşaldılmasını əmr edib. Ancaq bir çoxları neytrallıqlarının (müsəlman olmadılarının – red.) onları qoruyacağına ümid edərək evlərində qalmaq qərarına gəliblər.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, çıxılmaz vəziyyətdə qalan sakinlər kilsəyə üz tutublar. Müharibə onları da cənginə alıb. İndi Livanın cənubunda, İsraillə sərhədə yaxın xristian kəndi olan Klayanın qalan 100 sakini keşiş Pierre Raini gözləyir.

“Bir il əvvəl biz müharibə başlayanda birlikdə qalacağımıza qərar verdik. İndi İsrail bizə evlərimizi tərk etməyi əmr edir. Amma biz evlərimizi tərk etməyəcəyik! Bizim silahımız yoxdur. Biz qanuni Livan Ordusundan başqa heç bir hərbi qrupa dəstək vermirik! Biz analarımızın, atalarımızın torpağını tərk etməyəcəyik! Əgər Hizbullah bizim ərazimizdən İsrailə raketlər atsa, gələcək bədbəxtliklərimizə görə Allah qarşısında cavab verməli olacaq. Amma İsrailin də bizi qovmaq üçün heç bir səbəbi yoxdur” - deyə, keşiş bildirib

İsrail quru qoşunları hələ ki, Livanın cənubundakı xristian anklavlarında görünməyib. Ancaq onların atəş səslərini eşitmək olur. Hizbullah döyüşçülərinin bir-neçə gün qarşısını aldığı İsrail quru qüvvələri indi müxtəlif istiqamətlərdən Livana doğru irəliləməyə başlayıb. Onlar, əsasən, boş ərazi ilə irəliləyirlər.

“Bunlar tanklardır! Mən o səsi bilirəm”- deyə, İsrail sərhədində yerləşən kiçik xristian kəndi olan Rmayçalı otel sahibi telefonla deyib. “Onlar hələ də silsilənin üstündədirlər, kəndin kənarından, bəlkə, iki-üç kilometr aralıda...”

Cümə axşamından bəri İsrail tankları BMT-nin sülhməramlı qüvvələri UNIFIL-in qərargahını və müxtəlif mövqelərini atəşə tutub. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə nəticədə 20 əsgər yaralanıb.

Burada döyüşləri yalnız xristianların eşitməsinin sadə səbəbi var: burada onlardan başqa heç kim yoxdur. Yalnız tunellərində və sığınacaqlarında İsrailin səmada mövcud olan pilotsuz təyyarələrindən gizlənən Hizbullah döyüşçüləri istisna olmaqla. Bölgədəki şiə kəndləri Hizbullahın nəzarəti altındadır. Son bir neçə həftə ərzində İsrail döyüş təyyarələri tərəfindən intensiv bombardmanlara məruz qalıb.


Şərhlər

Yaz...