Litvalı jurnalist Qarabağ haqqında sənədli film çəkdi
Diaspora.TV-də yayımlanan "Azərbaycanın dostları" verilişinin növbəti qonağı doqquz ildir həmvətənlərinə Azərbaycan həqiqətlərini çatdıran litvalı jurnalist Arunas Sartanaviçus olub.
Arunas verilişdə son layihəsindən - ingilis dilinə tərcümə ilə yayımlanan sənədli filmindən danışıb. Bildirib ki, "Qarabağ" filmində Qarabağ müharibəsindən zərər çəkmiş insanların ürək parçalayan hekayələri toplanıb.