Tarix: 15.06.2024 / 19:21
Lionda Azərbaycanı   Günel Səfərova təmsil etdi

Lionda Azərbaycanı Günel Səfərova təmsil etdi

Bu gün Lion şəhərində keçirilən konsulluq bayramında Azərbaycanı Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü, iqtisad elmləri doktoru, Versal və ADA universitetlərinin müəllimi Günel Səfərova təmsil edib.

G.Səfərova Diaspora.TV-yə bildirib ki, bayramda adətən Lion şəhərində konsulluğu olan ölkələr iştirak edir:

“Bizim bu şəhərdə konsulluq xidməti olmadığı üçün Jeunes Ambassadeurs (Gənc səfirlər) Assosiasiyasının stendində Azərbaycan güşəsini hər il mən təmsil edirəm. Stenddə Heydər Əliyev Fondunun kitabları, xalçalarımızla bağlı dekorlar, kalayağı və Bayrağımızla təmsil olunduq”.






Şərhlər

Yaz...