Tarix: 20.11.2024 / 11:30
Leyla Abdullayeva Fransa    XİN-ə çağırılıb?

Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb?

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva rəsmi Bakının Fransa və Hollandiyanın xarici ərazilərində neokolonializm problemi ilə bağlı bəyanatlarına cavab olaraq Fransa Xarici İşlər Nazirliyinə dəvət olunub.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatlar BMT-nin Bakıda keçirilən COP29 iqlim konfransı zamanı səsləndirilib.

Fransa departamentinin rəsmi saytında bu qərarın səbəbləri göstərilir.

Fransa Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilir ki, Azərbaycan diplomatının çağırılması Azərbaycan tərəfinin tədbirdə “qəbuledilməz bəyanatları”nın nəticəsidir.

Qeyd edək ki, ötən aylarda Fransa prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Ermənistanla həmrəylik ifadə etdiyi bəyanatından sonra Bakı ilə Paris arasında münasibətlər gərginləşib. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Fransadan Qafqazda “dağıdıcı fəaliyyətini” dayandırmağı tələb edib. Ölkələr arasında ittihamlar, o cümlədən Fransanın Ermənistana hərbi dəstəyi və Azərbaycanın separatçı hərəkatlara dəstək verməsi iddiaları davam edir.



Şərhlər

Yaz...