Tarix: 21.09.2024 / 11:04
 Leninqrad vilayətində azərbaycanlı həyat yoldaşını    bıçaqlayıb

Leninqrad vilayətində azərbaycanlı həyat yoldaşını bıçaqlayıb

Leninqrad vilayətində qısqanclıq zəminində həyat yoldaşını öldürən azərbaycanlı mühakimə olunacaq.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Leninqrad vilayəti Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə iyunun 17-də Leninqrad vilayətinin Kirov rayonunda baş verib.
41 yaşlı azərbaycanlı həyat yoldaşını qısqanıb və cütlük arasında münaqişə yaranıb. Nəticədə, azərbaycanlı həyat yoldaşına 19 bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Kirov şəhər prokuroru Azərbaycan vətəndaşına qarşı ittiham aktını təsdiqləyib. İdarədən əlavə ediblər ki, o, həyat yoldaşını öldürməkdə ittiham olunur.

İş üzrə kifayət qədər sübutlar toplandığından cinayət işi məhkəməyə göndərilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən, şəxsin ittiham olunduğu maksimum cəza 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.




Şərhlər

Yaz...