Tarix: 02.10.2024 / 09:42
Lavrov Polad Bülbüloğlu üçün nahar    ziyafəti verdi

Lavrov Polad Bülbüloğlu üçün nahar ziyafəti verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 18 il bu vəzifədə çalışan Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar verib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, qəbul başlamazdan əvvəl təntənəli şəraitdə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri azərbaycanlı diplomata Aleksandr Nevski ordenini təqdim edib.

Mərasimdə Rusiya diplomatik departamentinin rəhbərliyi, bir sıra ölkələrin səfirləri, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev, MDB-nin baş katibi Sergey Lebedev və digər yüksək vəzifəli məmurlar iştirak ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan müttəfiqliyinin və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib.


Şərhlər

Yaz...