Müğənni Lada Dance Rusiyanın “1-ci kanal”ında - “Tam eyni” şousunda obrazlar yaratmağa necə hazırlaşdığından, azərbaycanlı müğənni Elçin Əzizovla dostluğundan və Bakıya gəlmək arzusundan danışıb.
Diaspora.TV xəbər verir ki, müğənni bu barədə “Moskva-Bakı”ya müsahibəsində məlumat verib.
- “Maska” verilişində Elçin Əzizovla duetiniz çox populyarlaşdı. Proqramdan kənarda onunla əlaqə saxlayırsınızmı?
- Elçin heyrətamiz, çox ağıllı insan və gözəl müğənnidir. Məni tamaşalarına dəvət edir. Onun heyrətamiz yumor hissi var, çünki o, keçmiş KVN oyunçusudur.
Azərbaycana konsert vermək üçün gəlmək fikriniz varmı?
- Elə sabah kimsə məni dəvət etsəydi, dərhal Azərbaycana uçardım. Ümid edirəm ki, belə insanlar olacaq. Azərbaycan haqqında çox eşitmişəm, bu ölkəni görmək də istəyirəm.