Kiyevdə Müslüm Moqamayev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə "Erkən Gün"- Novruz bayramı şənliyi keçirilib.
Diaspora.tv xəbər verir ki, şənlikdə Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov, Ukraynanın xalq artisti Qurban Abbasov və Kyevdə yaşayan diaspor fəalları iştirak ediblər.
Qeyd edək ki, çətin müharibə şərtlərinə baxmayaraq Ukraynada Azərbaycan milli bayramları, adət-ənənələri hər il yüksək səviyyədə təşkil olunur.