Tarix: 04.06.2024 / 17:23
Küveytli həyat yoldaşım iş yerində Azərbaycanı təbliğ edir   - Diaspor fəalı

Küveytli həyat yoldaşım iş yerində Azərbaycanı təbliğ edir - Diaspor fəalı

“Küveytdə fəal olan azərbaycanlılardanıq. Həyat yoldaşım Fahad Xalid Əl Felekavi ilə birlikdə Azərbaycanın özəl günlərində, səfirliyin təşkil etdiyi tədbirlərdə yaxından iştirak edirik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Küveytdə yaşayan həmvətənimiz Sura Məmmədli deyib.

Onun sözlərinə görə, Küveytdəkı Azərbaycan diasporunun fəaliyyəti qənaətbəxşdir:

“Mən 17 ildir burada yaşayıram, 3 övladım var. Yoldaşım Küveyt vətəndaşıdır. Buna baxmayaraq Azərbaycan dilində səlis danışır”.

S.Məmmədli etiraf edib ki, əvvəllər Azərbaycan bu qədər tanınmırmış:

“Səfirliyimiz sayəsində ölkəmizi Küveytdə tanıyırlar. Bizi hər şey qane edir. Burada Azərbaycanı, onun mədəniyyətini, tarixini tanıtmaq üçün tədbirlər keçirilir və biz də iştirak edirik”.

Müsahibimiz qeyd edib ki, həyat yoldaşı Küveyt Sənaye və Ticarət Nazirliyində kommersiya müfəttişi vəzifəsində çalışır:

“Fahad Xalid Əl Felekavi iş yerində “20 Yanvar” tədbiri keçirib. O, Azərbaycana qarşı törədilən terrordan bəhs edib. Ramazan bayramında iş yerinə hazırladığım Azərbaycan yeməklərindən də aparır. Respublika günü - 28 mayda keçirilən tədbirdə də yaxından iştirak etmişik”.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...