“İşlədiyim yerlərdə hamıya Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri barədə məlumat verməyə çalışmışam”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında BƏƏ-də Rixos Premium Saadiyat İsland hotelinin satış meneceri, soydaşımız Ayaz Əhmədzadə deyib.
“İkinci Qarabağ savaşı zamanı Azərbaycan həqiqətlərini sosial şəbəkələrdə təbliğ etmişəm. Eyni zamanda Azərbaycana dəstək roliklərinin çəkilişlərində iştirak etmişəm”, - deyə müsahibimiz bildirib.
A.Əhmədzadə əlavə edib ki, BƏƏ-də yaşadığı 5 il ərzində diasporlarla birgə elə də böyük layihələrdə iştirak etməyib:
“Küveytdə fəaliyyətə başladığım zaman səfirlik mənimlə birbaşa əlaqə saxlayıb. Hətta işlədiyim yerə gəlib mənimlə tanış oldular, nə isə çətinliyim olsa həmişə onlara müraciət edə biləcəyimi bildirdilər”.
Həsən Hüseynov
Diaspora.TV