"Rusiyanın Kurqan vilayətində son 11 ayda 10,5 mindən çox miqrant qeydiyyata alınsa da, artıq 7 mindən çox insan miqrasiya qeydiyyatından çıxarılıb".
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə Rusiya hökumətinin sərəncamı ilə, Kurqan vilayəti üçün 30 müvəqqəti yaşayış icazəsi kvotası müəyyən edilib, onlardan yeddisi xarici vətəndaşlara verilib.
İlin əvvəlindən miqrantlara 2344 iş patenti verilib. Onlar əsasən Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Ermənistanın gəliblər.
Ən çox miqrantlar tikinti (27%), istehsal (20%), kənd təsərrüfatı (12%), ticarət (15%) və ictimai iaşə (6%) sahələrində çalışırlar. Rayonda həmçinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyəti və topdansatış ticarəti ilə məşğul olan səkkiz yüksək ixtisaslı əcnəbi mütəxəssis çalışır. Miqrantlar arasında orta əmək haqqı 70 min rubl civarındadır. Rusiyada 2024-cü ildən bəri xaricdən 40 mindən çox yüksək ixtisaslı mütəxəssis iş icazəsi alıb.
Eyni zamanda, cari ilin 11 ayı ərzində polis əməkdaşları Kurqan vilayətində 3109 miqrasiya qanunvericiliyinin pozulması faktını müəyyən edib.