“Qərbi Azərbaycan əyalətinin əhalisinin yarısı kürddür. Bu qədər əhəmiyyətli cəmiyyəti nəzərə almamaq olmaz”.
Diaspora.TV xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan əyalətinin Bukan şəhərindən İran parlamentinə göndərilən miliyyətcə kürd Qəsim Osmani deyib.
"Pəyam-e Nur" Universitetinin tələbələri ilə görüşündə kürd dilində çıxış edən Osmani, Qərbi Azərbaycan əyalətində kürdlərin hüquqlarının yetərincə tanınmadığını da iddia edib.
Osmani, əyalətə milliyyətcə türk valinin seçilməsindən də gileylənib.
Xatırladaq ki, hazırda Qərbi Azərbaycan əyalətinin bəzi bölgələrində yaşayan kürd əhalinin sayı əyalət cəmiyyətinin təxminən 15%-ni təşkil edir.