Kumertauda yerli sakini yaralayan azərbaycanlı hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
Diaspora.TV xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyi və İstintaq Komitəsinin mətbuat xidmətləri məlumat yayıb.
Qeyd olunub ki, avtobus dayanacağında 34 yaşlı azərbaycanlı ilə yerli sakin arasında pul üstündə münaqişə yaranıb. Bu zaman azərbaycanlı boş patronları olan tapança ilə yaxın məsafədən yerli sakinin başına atəş açıb. Nəticədə zərərçəkmiş qulağından zədə alıb.
Əvvəllər Rusiyadan qovulduğu məlum olan azərbaycanlıya qarşı “xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.
Soydaşımız saxlanılıb və hazırda həbsdədir.