Tarix: 18.04.2024 / 14:14
Küçələr qadınlara qarşı döyüş meydanına çevrilib-  Güneyli siyasi məhbus

Küçələr qadınlara qarşı döyüş meydanına çevrilib- Güneyli siyasi məhbus

Həbsdə olan güneyli qadın hüquqları müdafiəçisi və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi dünən bildirib ki, İran hökuməti legitimsizliyi və gücünü itirməsi səbəbindən küçələri qadınlara və gənclərə qarşı müharibə meydanına çevirib.

Diaspora. TV xəbər verir ki, Nərgiz Məhəmmədinin yaxınları tərəfindən idarə edilən “İnstagram” hesabında bu haqda yazılıb:

“İran hökuməti legitimsizliyi və gücünün çökməsinin sağalmaz yarasını hədə-qorxu və terror ilə aradan qaldırmaq üçün çarəsizlikdən küçələri qadınlara və gənclərə qarşı müharibə meydanına çevirib. İranın cəsur qadınlarının şəhər küçələrində avtoritar rejimə qarşı mübarizəsi dini-zülmün müqavimətini qırıb”.

Şərhlər

Yaz...