Kseniya Sobçak Bakıya uçub. Bu barədə məlumat verən Rusiya mediası onun Bakı səfərini “Sobçak Bakıya niyə qaçdı?” başlığı ilə dərc edib.
Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, məşhur rus jurnalisti ölkəmizə tanınmış iş adamı Emin Ağalarovdan müsahibə götürmək üçün gəlibmiş.
İşgüzar şəraitə baxmayaraq, cənab Ağalarov Kseniyanı hava limanında çox böyük bir gül dəstəsi ilə qarşılayıb və ona bütün gününü necə qızla keçirdiyinə dair intiriqant sual verib.
Rus mediası bildirir ki, Ağalarov üç il əvvəl “Ehtiyatlı ol: Sobçak” layihəsinin qəhrəmanı olmuşdu – o da müsahibəni lentə almaq üçün Emin Ağalarovla şəxsi təyyarədə Azərbaycanın paytaxtına uçmuşdu.
Emin Ağalarovla müsahibədən sonra Sobçak həftəsonları İstanbula gedib. Orada həyat yoldaşı Konstantin Boqomolovla birlikdə Müasir İncəsənət Muzeyini ziyarət edib və qədim küçələri gəziblər.