Tarix: 03.10.2024 / 17:00
“Krokus” qətliamını törədənlər növbəti    terror  hazırlayırmış

“Krokus” qətliamını törədənlər növbəti terror hazırlayırmış

“Crocus City Hall”a edilən hücumun istintaqında yeni təfərrüatlar üzə çıxıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, istintaqın fikrincə, bu, “beynəlxalq xarakter daşıyır”, təşkilatçılar və ortaqları Rusiya hüdudlarından kənarda gizlənirlər və “Vilayət-e Xorasan”ın ardıcılları olan məhbusların bəziləri növbəti terror aktı hazırlayırmış.

Sənədlərdə deyilir:

“Cinayət işinin araşdırılması xüsusilə də, törədilmiş cinayətin beynəlxalq xarakterinə və cinayətlərin təşkilatçıları və ortaqlarının Rusiya Federasiyasından kənarda yerləşməsinə görə xüsusilə çətindir”.

İstintaq çərçivəsində Rusiya hüquqi yardım üçün beynəlxalq sorğular göndərib. Onlar qeyd edirlər ki, “xarici ölkələrdən hüquqi yardım da daxil olmaqla, müraciətlərə cavab almaq lazımdır”.

İstintaq müəyyən edib ki, təqsirləndirilən 4 nəfər "İslam Dövləti"nin (Rusiyada qadağan olunmuş təşkilat) tərkibində olan və Əfqanıstan, Özbəkistan və Tacikistanda fəaliyyət göstərən Vilayət-e Xorasan qruplaşmasının (Rusiyada qadağan olunmuş terror təşkilatı) silahlılarıdır. İş materiallarında göstərildiyi kimi, onlar əldəqayırma partlayıcı qurğular və silahlar hazırlayırmışlar. Şaxromjon Qadoyev, Mustakim Soliyev, Umedjon Soliev və Zubaidullo Ismoilova qarşı terror qruplaşmasında iştirak və partlayıcı qurğunun hazırlanması ilə bağlı cinayət işi başlanıb.

“Crocus”a hücumda iştirak edən üç nəfər növbəti terror aktı hazırlamaqda ittiham olunub. Onlar bunu əldəqayırma bomba ilə həyata keçirməyi planlaşdırıblar.

Bundan əvvəl Kaspiyskdə terror aktının hazırlandığı bildirilirdi.

Bir gün əvvəl məlum olmuşdu ki, istintaq müddəti dekabrın 22-dək uzadılıb və təqsirləndirilən şəxslər bir-birlərinə qarşı “günahlandırıcı ifadələr” verməyə başlayıblar. Onların hamısının həbs müddəti uzadılıb.

Şərhlər

Yaz...