Tarix: 12.09.2024 / 13:35
 Krımlı məhbusların azadlığı üçün Azərbaycanın vasitəçiliyi    istənilir

Krımlı məhbusların azadlığı üçün Azərbaycanın vasitəçiliyi istənilir

“Ukraynanın beynəlxalq tərəfdaşları Rusiyaya təzyiq etməlidir ki, məhbusların mübadiləsi “hamının hamıya” formatına uyğun aparılsın və təkcə hərbi əsirlər deyil, həm də siyasi məhbuslar azad olunsun”.

Diaspora.TV xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Krım Platformasının IV Sammiti iştirakçılarının mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ukraynalı siyasi məhbusların, o cümlədən Krım tatar məhbuslarının azad edilməsi ilə bağlı Rusiya ilə danışıqlar “ümumiyyətlə çətindir”.

"Hərbi əsirlərin mübadiləsi var, çünki biz hərbi əsirləri hərbi əsirlərlə dəyişə bilərik", - prezident qeyd edib.

O, izah edib ki, Krım tatarları, sadəcə olaraq, həqiqəti söyləyən, azadlığa inanan və öz sözü, öz həqiqəti, sənəti ilə mübarizə aparan bir çox digər siyasi məhbuslar kimi ruslar tərəfindən qanunsuz olaraq saxlanılır. "Buna görə də onları evə aparmaq çətindir" - deyə Zelenski əlavə edib. O, krımlı məhbusların azad olunmasında vasitəçilik üçün müraciət etdiyi ölkələr sırasında Azərbaycanın da adını çəkib.

Şərhlər

Yaz...