Tarix: 21.07.2024 / 10:11
Krasnodardan çıxarılan 1,2 min miqrantın içərisində  azərbaycanlılar da var

Krasnodardan çıxarılan 1,2 min miqrantın içərisində azərbaycanlılar da var

Bu ilin əvvəlindən Krasnodar diyarında qeyri-qanuni olan 1,2 min əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiyadan çıxarılıb.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Məhkəmə Qərarları İcrası Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2023-cü il ərzində isə təxminən 900 nəfər regiondan qovulub.

Bu ilin iyun ayında məhkəmə icraçıları tərəfindən 327 nəfər daimi yaşayış yerlərinə göndərilib. Qovulan miqrantlar əsasən Tacikistan, Qazaxıstan, Azərbaycan və Gürcüstan vətəndaşlarıdır. Deportasiya edilənlər arasında daha uzaq ölkələrin, o cümlədən Niger və Kuba vətəndaşları da var.

Şərhlər

Yaz...